"Kapital Bank" yaxın zamanda Xankəndidə filial açmağa ümid edir.
Fins.az xəbər verir ki, bunu mətbuat konfransı zamanı "Kapital Bank"ın idarə heyətinin sədri, Baş icraçı direktor Fərid Hüseynov deyib.
“Bizim Qarabağda artıq 2 filialımız var. Bunlardan biri Zəngilanda - Ağalı kəndindədir. Ötən həftə daha bir filialımız Laçında açıldı və bu ərazidə filiallarımızın sayı artıq 2-yə çatdı. Bu, qürurverici bir haldır. Yaxın zamanda ümid edirik ki, Xankəndidə filialımızı açarıq. Daha sonra isə digər şəhərlərimizdə”.
Fuad Mədətov
Fins.az