Ötən il “Kapital Bank” 3 milyona yaxın ödəniş kartları müştərilərə təqdim edib.
Fins.az xəbər verir ki, bunu mətbuat konfransı zamanı “Kapital Bank”ın idarə heyətinin sədri, Baş icraçı direktor Fərid Hüseynov deyib.
F.Hüseynovun sözlərinə görə, debit kredit kartlarının satışı davam edir və edəcək:
“Fiziki kartların sayına gəldikdə, keçən il biz 3 milyona yaxın debet və kredit kartını müştərilərə təqdim etmişik.
Biz həm debet, həm kredit taksit kartların həm filiallarda, həm stendlərdə, həm şöbələrdə, həm də əməkdaş mağazalarda satışını davam etdiririk”.
Fuad Mədətov
Fins.az