BANK

17 May

“Naxçıvan Bank”dan “Kapital Bank”a ötürülən kredit portfelinin həcmi 184 milyon manat civarındadır - Fərid Hüseynov

“Naxçıvan Bank”dan “Kapital Bank”a ötürülən kredit portfelinin 84,5 milyon manatı korporativ kreditlərin və digər hissəsi isə qeyri-korporativ kreditlərin payına düşüb.

Fins.az xəbər verir ki, bunu 2023-cü ilin maliyyə nəticələri ilə bağlı keçirilən mətbuat konfransında “Kapital Bank”ın İdarə Heyətinin sədri, Baş icracı direkoru Fərid Hüseynov deyib.

F.Hüseynovun sözlərinə görə, “Naxçıvan Bank”dan “Kapital Bank”a ötürülən kredit portfelinin həcmi 184 milyon manat civarındadır və “Kapital Bank”ın hansısa bankı, o cümlədən "Naxçıvan Bank”ı almaq planı yoxdur:

“2023-cü il üzrə ötürülən portfel bankın 3%-i civarındadır. Bu da kiçik rəqəmdir. Məqsəd müştərilərin rahatlığını təmin etməkdir”.

Fuad Mədətov
Fins.az