Korporativ Sosial Məsuliyyətli Yelo bu dəfə də əlamətdar tədbirin keçirilməsinə dəstək olacaq.
Fins.az xəbər verir ki, 22 may 2024 tarixində Heydər Əliyev Mərkəzində növbəti SHE Congress tədbiri baş tutacaq. Tədbir bu il “İndinin gücü: Anı yaşa” (The power of now: Live the moment!) şüarı ilə keçiriləcək. Tədbirin keçirilməsində əsas məqsəd qadınların şəxsi və peşəkar inkişaflarına dəstək olmaq, həmçinin cəmiyyətin bütün sahələrində onların səlahiyyətlərinin genişləndirilməsini təşviq etməkdir. Tədbirə müxtəlif ölkələrdən və sahələrdən dəvət olunmuş spikerlərin təqdimatları, panel müzakirələri və ən əsası, qarşılıqlı ünsiyyət daxildir. Tədbirdə iştirak ödənişsizdir və hər kəsə açıqdır. İştirak etmək üçün 17 may, saat 18:00-dək qeydiyyatdan keçə bilərsiniz: //bit.ly/3WD4fFR
Artıq ikinci ildir ki, SHE Congress tədbirinin əsas dəstəkçisi kimi Yelo Bank qadınları uğura ilhamlandırmağı, biznesdə güclərini artırmağı hədəfləyir. Bank qadınların hərtərəfli inkişafı məsələlərini daim diqqətdə saxlayır, bərabər imkanlarlı həyat üçün sosial təşəbbüsləri aktiv dəstəkləyir.
Mikro kredit ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!
Fuad Mədətov
Fins.az