BANK

15 May

Bank of Baku-nun istehlak kredit portfeli 2,4 % artıb

"Bank of Baku" ASC 2024-cü ilin I rübü üzrə istehlak kredit portfeli 487 565 min manat təşkil edib.

Fins.az "Bank of Baku"un maliyyə hesabatına əsasən xəbər verir.

Məlumata görə, bankın istehlak kredit portfeli ilin əvvəli ilə müqayisədə 11 510 min manat və ya 2,4 % artıb.

Fuad Mədətov
Fins.az