BANK

14 May

"Azər-Türk Bank" ASC-nin aktivləri 46,51 % artıb

Dövlət bankı "Azər-Türk Bank" ASC (ATB) 2024-cü ilin I rübü üzrə cəmi aktivləri 1 458 532 min manat təşkil edib.

Fins.az ATB-nin maliyyə hesabatına əsasən xəbər verir.

Məlumata görə, bankın cəmi aktivləri 2023-cü ilin sonuna nisbətən 2024-cü ilin 1-ci rübünün sonu ilə müqayisədə  462 996 min manat və ya 46,51 % artıb.

Fuad Mədətov
Fins.az