BANK

10 May

Bankların daşınmaz əmlak kredit portfelinin həcminə görə RENKİNQİ – I RÜB /2024

Azərbaycanda fəaliyyət göstərən bütün banklar 2024-cü ilin 1-ci rübünün maliyyə göstəricilərini açıqlayıblar.

Fins.az xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən bankların daşınmaz əmlak kredit portfelinin həcminə görə renkinq siyahısında “Azərbaycan Beynəlxalq Bank” ASC 1 214 186 min manatla ən yüksək nəticə göstərən bank olub.

İkinci ən yüksək nəticə “Kapital Bank” ASC-də (583 907 min manat), üçüncü ən yüksək nəticə isə “Xalq Bank” ASC-də (377 761 min milyon) qeydə alınıb.

Siyahıda sonuncu yerdə Melli İran Bankı Bakı filialı  (110 min manat) qərarlaşıb.

“AccessBank” QSC (8 020 min manat) və “Ziraat Bank Azərbaycan” ASC (15 554 min manat) bankların daşınmaz əmlak kredit portfelinin həcminə görə ölkənin ən kiçik bankları sırasında yer alıblar.

Fins.az 2024-cü ilin 1-ci rübün bankların bankların daşınmaz əmlak kredit portfelinin həcminə görə renkinqini təqdim edir:

Fuad Mədətov
Fins.az