Bu il aprelin 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 25 milyard 523,8 milyon manat təşkil edib.
Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 3,4 % çox, ilin əvvəlinə nisbətən 1,2 % çox, ötən il aprelin 1-i ilə müqayisədə isə 18,8 % çoxdur.
Bu il martın sonuna bankların xalis daxili aktivləri isə 19 milyard 306,5 milyon manat təşkil edib ki, bu da aylıq müqayisədə 3,9 % az, ilin əvvəlinə nisbətən 2,8 % az, illik müqayisədə isə 1,5 % azdır.
Azərbaycanda 23 bank fəaliyyət göstərir.
Fuad Mədətov
Fins.az