BANK

06 May

AMB Maliyyə Sisteminin Yaşıllaşdırılması üzrə beynəlxalq təşkilata üzvlüklə bağlı müraciət edib

Azərbaycan Mərkəzi Bankı (AMB) Maliyyə Sisteminin Yaşıllaşdırılması üzrə Mərkəzi Banklar və Nəzarət Orqanlarının Şəbəkəsinə (NGFS) üzvlüklə bağlı müraciət edib.

Fins.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, müraciətdə əsas məqsəd beynəlxalq təcrübənin öyrənilməsi və təcrübə mübadiləsi aparmaqdır. Hazırda üzvlük prosesi ilə bağlı müzakirələr davam etdirilir.

Bundan başqa, ötən il AMB beynəlxalq təşəbbüslərdə iştirak edilməsi və dayanıqlı maliyyə üzrə əməkdaşlığın artırlması ilə bağlı Gürcüstan Mərkəzi Bankına təcrübə mübadiləsi təşkil edilib. Təcrübə proqramı çərçivəsində dayanıqlı maliyyənin tətbiqi üzrə milli koordinasiya platforması, taksonomiyanın hazırlanması, dayanıqlı maliyyə alətlərinin tətbiqi, habelə iqlim dəyişmələri və ESG risklərinin qiymətləndirilməsi üzrə Gürcüstan Mərkəzi Bankının təcrübəsi öyrənilib.

Fuad Mədətov
Fins.az