Azərbaycanda fəaliyyət göstərən bütün banklar 2024-cü ilin 1-ci rübünün yekunu üzrə maliyyə göstəricilərini açıqlayıblar.
Fins.az xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən bankların depozit portfelinin həcminə görə renkinq siyahısında Azərbaycan Beynəlxalq Bankı 9,490 milyon manatla ən yüksək nəticə göstərən bank olub.
İkinci ən yüksək nəticə PAŞA Bankda (6,958 milyon manat), üçüncü ən yüksək nəticə isə Kapital Bankda (6,673 milyon manat) qeydə alınıb.
Siyahıda sonuncu yerdə “Naxçıvan Bank” (48 388 min manat) qərarlaşıb.
“VTB Bank” da (79 284 min manat) və “Bank Avrasiya” (50 328 min manat) bankların depozit portfelinin həcminə görə ölkənin ən kiçik bankları sırasında yer alıblar.
Fins.az 2024-cü ilin 1-ci rübün bankların depozit portfelinin həcminə görə renkinqini təqdim edir:
Fuad Mədətov
Fins.az