BANK

07 May

Bankların aktivlərin həcminə görə RENKİNQİ - I RÜB/2024

Azərbaycanda fəaliyyət göstərən bütün banklar 2024-cü ilin 1-ci rübünün yekunu üzrə maliyyə göstəricilərini açıqlayıblar.

Fins.az xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən bankların aktivlərin həcminə görə renkinq siyahısında Azərbaycan Beynəlxalq Bankı 13,189 milyon manatla ən yüksək nəticə göstərən bank olub.

İkinci ən yüksək nəticə Kapital Bankda (8,766 milyon manat), üçüncü ən yüksək nəticə isə PAŞA Bankda (8,747 milyon manat) qeydə alınıb.

Siyahıda sonuncu yerdə Melli İran Bankı Bakı filialı (114 827 min manat) qərarlaşıb.

“Bank Avrasiya” (183 967 min manat) və “Naxçıvan Bank” da (184 586 min manat) aktivlərinin həcminə görə ölkənin ən kiçik bankları sırasında yer alıblar.

Fins.az 2024-cü ilin 1-ci rübün bankların aktivlərin həcminə görə renkinqini təqdim edir:

Fuad Mədətov
Fins.az