“Azəri Star Mikromaliyyə” bank olmayan kredit təşkilatı (BOKT) 2023-cü il üzrə maliyyə hesabatlarını açıqlayıb.
Fins.az təşkilatın maliyyə hesabatlarına istinadən xəbər verir ki, “Azəri Star Mikromaliyyə” 2023-cü ildə 41 min 796 manat xalis zərər edib. 2022-ci ildə təşkilat 54 min 372 manat xalis zərər açıqlamışdı.
Hesabat dövründə təşkilatın ümumi gəlirləri 2.5 dəfə artaraq 38 min manata, ümumi xərcləri isə 14% artaraq 79 min 844 manata bərabər olub
Ötən il təşkilatın cəmi aktivlərinin həcmi əvvəlki illə müqayisədə 10.8% və ya 27,2 min manat artaraq 278 min 554 manat olub. Hesabat dövründə təşkilatın kredit portfeli (254,5 min manat) aktivlərin 91.4%-ni təşkil edib.
Bu dövrdə təşkilatın cəmi öhdəliklərin həcmi 3 dəfə və ya 10.4 min manat artaraq 15 min 350 manata bərabər olub.
2024-cü il yanvar ayının 1-nə “Azəri Star Mikromaliyyə”nin cəmi kapitalı 263 min 203 manata bərabər olub ki, bu da illik müqayisədə 6.8% çoxdur. Təşkilatın yığılmış zərəri isə 41.8 min manat və ya 6,7% artaraq 665.6 min manata çatıb.
Fuad Mədətov
Fins.az