BANK

05 May

Azərbaycandakı kredit ittifaqları bu ilin I rübünü xalis zərərlə başa vurub

Azərbaycandakı kredit ittifaqları bu ilin I rübünü 800 min manat xalis zərərlə başa vurub.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin eyni dövründə kredit ittifaqları 500 min manat xalis zərər etmişdilər.

Yanvar-mart aylarında kredit ittifaqlarının xalis faiz gəlirləri 500 min manat (illik müqayisədə eyni), əməliyyat mənfəətləri isə 300 min manat( illik müayisədə 25% az) təşkil edib.

Bu il aprelin 1-nə kredit ittifaqlarının aktivləri 3,8% və ya 500 min manat azalaraq 12,6 milyon manata bərabər olub. Bunun 10,9 milyon manatı və ya 86.5%-i müştərilərə verilmiş kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 3,5% kiçilib.

Hesabat dövründə kredit ittifaqlarının öhdəlikləri 5,6% və ya 200 min manat azalaraq 3,4 milyon manata, balans kapitalı isə 3,2% və ya 300 min manat azalaraq 9,2 milyon bərabər olub.

Fuad Mədətov
Fins.az