BANK

03 May

Azərbaycan banklarına qoyulan depozitlər ilin əvvəlinə nisbətən 0,4 % artıb

Bu il aprelin 1-nə Azərbaycan banklarının depozit portfeli 37 milyard 127,6 milyon manat təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 01 % az, ilin əvvəlinə nisbətən 0,4 % çox, illik müqayisədə isə 7,4 % çoxdur.

Bunun 57,6 %-i, yaxud 21 milyard 376,7 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 7,2 % çoxdur.

İl ərzində ev təsərrüfatlarının əmanətləri 9,9 % artaraq 13 milyard 150,5 milyon manata çatıb, maliyyə təşkilatlarının depozitləri isə 1,5 % azalaraq 2 milyard 600,4 milyon manata düşüb.

Hesabat dövründə cəmi depozitlərin 23 milyard 214,8 milyon manatı (il ərzində 0,4 % artıb) qısamüddətli, 13 milyard 912,9 milyon manatı (21,7 % artıb) isə uzunmüddətli əmanətlər olub.

Ölkədə 23 bank fəaliyyət göstərir.

Fuad Mədətov
Fins.az