BANK

02 May

Sahibkarlığın İnkişafı Fondunun banklardakı depozitləri 28,6 % artıb

Bu il yanvarın 1-nə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) banklarda 84,456 milyon manat depoziti olub.

Fins.az bu barədə Fondun maliyyə hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, bu, 2023-cü il yanvarın 1-i ilə müqayisədə 28,6 % çoxdur.

Xatırladaq ki, SİF ölkə prezidentinin “Sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 31 iyul 2018-ci il tarixli fərmanı ilə, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun bazasında yaradılıb. Onun nizamnamə kapitalı 1 milyard 7,307 milyon manatdır.

Fuad Mədətov
Fins.az