BANK

01 May

"Naxçıvan Bank"ın kredit portfeli "Kapital Bank" ASC-yə ötürülüb - Taleh Kazımov

Azərbaycanın yeganə regional bankı "Naxçıvan Bank" ASC-nin maliyyə balansı yaxşıdır və heç bir maliyyə problemi yoxdur.

Fins.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, "Naxçıvan Bank"ın kredit portfeli "Kapital Bank" ASC-yə ötürülüb:

"Bu səhmdarların qərarıdır. Hazırda da səhmdarlar müəyyən məsələləri müzakirə edib qərarlar verəcəklər. Ancaq bankın fəaliyyətində, maliyyə dayanıqlılığında bir problem yoxdur".

Xatırladaq ki, “Naxçıvan Bank” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 94 milyon manatdır. Bankın səhmlərinin 63,66 %-i Hüseyn Məmmədova, 26,52 %-i Rüfət Məmmədova (Müşahidə Şurasının üzvü), 9,82 %-i isə Binnət Novruzova (Müşahidə Şurasının sədri) məxsusdur.

Fuad Mədətov
Fins.az