BANK

29 Aprel

Bu bank bağlanıb

FDIC tərəfindən edilən şərhdə, müvəkkil təyin edildiyi Respublika Birinci Bankının Pensilvaniya Bankçılıq və Qiymətli Kağızlar Departamenti tərəfindən bağlandığı bildirilib.

Fins.az xəbər verir ki, əmanətçiləri qorumaq üçün FDIC Fulton Bank ilə Respublika Birinci Bankının demək olar ki, bütün əmanətlərini və əsas etibarilə bütün aktivlərini almağa razılaşıb.

Açıqlamada “Republic First Bank”ın Nyu-Cersi, Pensilvaniya və Nyu-Yorkdakı 32 filialının Fulton Bankın filialı olaraq yenidən açılacağı bildirilib. “Republika Birinci Bank”ın əmanətçilərinin Fulton Bankın əmanətçiləri olacağı qeyd edilib.

Açıqlamada, 31 Yanvar tarixinə Respublika Birinci Bankının cəmi aktivlərinin təxminən 6 milyard dollar, cəmi depozitlərinin isə 4 milyard dollar civarında olduğu, bankın FDIC-ə iflasının dəyərinin isə 667 milyon dollar olacağı gözlənilib.

Respublika Birinci Bankının iflası bu il ABŞ-da ilk bank iflası olub.

Günel Məlikzadə
Fins.az