BANK

25 Aprel

I rübdə Azərbaycandakı kredit ittifaqları 800 min manat zərər ediblər

Azərbaycandakı kredit ittifaqları bu ilin I rübünü 800 min manat xalis zərərlə başa vurub.

Fins.az xəbər verir ki,  Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin eyni dövründə kredit ittifaqları 500 min manat xalis zərər etmişdilər.

Yanvar-mart aylarında kredit ittifaqlarının xalis faiz gəlirləri 500 min manat (illik müqayisədə eyni), əməliyyat mənfəətləri isə 300 min manat( illik müayisədə 25% az) təşkil edib.

Bu il aprelin 1-nə kredit ittifaqlarının aktivləri 3,8% və ya 500 min manat azalaraq 12,6 milyon manata bərabər olub. Bunun 10,9 milyon manatı və ya 86.5%-i müştərilərə verilmiş kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 3,5% kiçilib.

Hesabat dövründə kredit ittifaqlarının öhdəlikləri 5,6% və ya 200 min manat azalaraq 3,4 milyon manata, balans kapitalı isə 3,2% və ya 300 min manat azalaraq 9,2 milyon bərabər olub.