BANK

25 Aprel

Azərbaycan və ABŞ banklarda risk əsaslı nəzarət modelinin tətbiqini müzakirə edib

Azərbaycan və ABŞ arasında banklarda risk əsaslı nəzarət modelinin tətbiqini müzakirə edilib.

Fins.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"ABŞ-a səfər çərçivəsində bu ölkənin Valyuta Nəzarəti İdarəsinin Əməliyyat risk siyasəti üzrə nəzarətçi müavini Kevin Qrinfild ilə məhsuldar bir görüşümüz baş tutdu. Görüşdə banklarda risk əsaslı nəzarət modelinin tətbiqi, innovativ xidmətlərin tənzimlənməsi, nəzarət və tənzimləmə sahəsində müasir texnologiyaların əhəmiyyəti barədə fikir mübadiləsi apardıq", - deyə o qeyd edib.

Fuad Mədətov
Fins.az