Azərbaycan bankçılıq missiyasının növbəti görüşləri ABŞ Xəzinədarlıq Departamentində keçirilib.
Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Xəzinədarlıq katibinin qlobal məsələlər üzrə köməkçisi Anna Moris və Xəzinədarlıq Departamentinin Avropa və Avrasiya üzrə katib köməkçisinin müavini Brayan Makkauley ilə məhsuldar müzakirələrə qatıldıq. Görüşlər zamanı Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət tədbirlərini nəzərdən keçirdik, makroiqtisadi məsələlər ətrafında fikir mübadiləsi apardıq. Həmçinin qurumlar arasında risklərin dəyərləndirilməsi və idarə olunması, kibertəhlükəsizlik tədbirlərinin möhkəmləndirilməsi və ümumilikdə maliyyə sabitliyinin təmin olunması istiqamətində əməkdaşlıq imkanlarını müzakirə etdik", - T.Kazımov qeytd edib.
Fuad Mədətov
Fins.az
Azərbaycan bankçılıq missiyasının növbəti görüşləri ABŞ Xəzinədarlıq Departamentində keçirildi.
— Taleh Kazimov (@TalehKazimov_T) April 24, 2024
Xəzinədarlıq katibinin qlobal məsələlər üzrə köməkçisi Anna Moris və Xəzinədarlıq Departamentinin Avropa və Avrasiya üzrə katib köməkçisinin müavini Brayan Makkauley ilə məhsuldar… pic.twitter.com/iRxSfZfEe1