BANK

23 Aprel

"ECB faiz dərəcələrini 100 baza bəndindən çox azalda bilər"

Portuqaliya Mərkəzi Bankının sədri və ECB-nin İdarə Heyətinin üzvü Mario Centeno Econostream Media-ya verdiyi müsahibədə inflyasiyanın həddi çatmamasından asılı olaraq bu il 100 bəndlik faiz endiriminə açıq olduğunu bildirib. 

Fins.az xəbər verir ki, Centeno, bu məbləğdə endirim olsa belə, 'məhdud səviyyədə' qalmağa davam edəcəklərini bildirib.

Hazırda 2 faizlik inflyasiya hədəfinə yaxınlaşdıqlarını qeyd edən səlahiyyətli, "Önümüzdəki aylarda inflyasiyanın müvəqqəti olaraq 2 faizdən aşağı düşəcəyini təxmin edirik. Yalnız inflyasiya 2 faizə çatdıqda faizləri aşağı sala bilmərik" dedi.

Centeno, siyasət mövqeyini dəyişdirmək üçün çox uzun müddət gözləməyin daha aqressiv faiz endirimlərini tələb edə biləcəyini söylədi.

Günel Məlikzadə
Fins.az