Dünya Bankından verilən açıqlamada, Türkiyə Xəzinə və Maliyyə Nazirliyinin zəmanəti ilə verilən kredit TIER layihəsi çərçivəsində Türkiyədəki istehsalçılar üçün uzunmüddətli maliyyə imkanları təmin edəcək.
Fins.az-ın məlumatına görə, layihə xüsusi olaraq istehsal sektorunu hədəf alacaq ki, onlar ətraf mühitə, iqlimə, məhsuldarlığa, sağlamlığa və davamlılığa mənfi təsir göstərən zərərli emissiyaları azaldacaq təmiz texnologiyalar, prosesləri tətbiq edə bilsinlər.
TIER layihəsi sənayenin yaşıl transformasiyası üçün lazım olan uzunmüddətli maliyyələşdirməyə çıxışı asanlaşdıracaq, benefisiar istehsalçıların hissəciklər emissiyalarını 40 faiz və azot oksidi emissiyalarını 30 faiz azaldacaq. Layihə istixana qazı emissiyalarını ildə 220 min ton azaltmağı hədəfləyir.
Açıqlamada fikirlərinə yer verilən Dünya Bankının Türkiyə Ölkə Direktoru Humberto Lopez layihə ilə bağlı bunları deyib: "Sənaye sektorundan emissiyaların azaldılması Türkiyənin sənaye müəssisələrinin qlobal bazarda rəqabət qabiliyyətinin artırılmasında böyük əhəmiyyət kəsb edir".
Günel Məlikzadə
Fins.az