Azərbaycan Mərkəzi Bankının (AMB) nümayəndə heyəti bu gün Vaşinqtonda keçirilən Dünya Bankı Qrupu və Beynəlxalq Valyuta Fondunun (IMF) yaz toplantıları çərçivəsində Seçki Qrupunun görüşündə iştirak edib.
Fins.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Seçki Qrupunun üzvləri ilə təmsil etdiyimiz ölkələrdə iqtisadi mühitdə baş verən dəyişiklər və həyata keçirilən makroiqtisadi siyasətlər barədə danışdıq. Həmçinin maliyyə sabitliyinin təmin olunması və dayanıqlı iqtisadiyyatın dəstəklənməsi istiqamətində maliyyə sektorunun inkişafına dair fikir mübadiləsi apardıq. Görüşdə Azərbaycanda keçiriləcək COP29 beynəlxalq tədbirinin dünya iqtisadiyyatının uzunmüddətli inkişafı baxımından əhəmiyyətini xüsusi vurğuladıq", - T. Kazımov qeyd edib.
Fuad Mədətov
Fins.az