BANK

18 Aprel

Kreditlərinizi Kapital Bank-a gətirin nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

Kapital Bank-dan digər banklarda nağd kredit və kredit kartı olan müştərilərə müjdə!

Xəbər verdiyimiz kimi, Kapital Bank digər banklarda kredit öhdəliyi olan müştərilər üçün əlverişli kredit imkanını yaradır.

Fins.az xəbər verir ki, 18 aprel 2024-cü il tarixindən etibarən isə digər banklarda olan kreditlərini bağlamaq məqsədilə Kapital Bank-a müraciət edən müştərilər kreditlərini nağdlaşdırma komissiyası olmadan əldə edəcəklər. Artıq yüksək faizlərdən, bir neçə yerə kredit ödəməkdən xilas olmağın vaxtıdır. Kapital Bank-dan 10.9%-dən başlayan xüsusi şərtlərlə 50 000 AZN-dək nağd kredit əldə edən müştərilər faiz xərclərini aşağı salmaq və aylıq ödənişlərin həcmini azaltmaq fürsətindən yararlana bilərlər. 3 iyun tarixinədək keçərli olan kampaniyadan yararlanmaq üçün 1 yazıb 8196 nömrəsinə göndərə və ya sizə ən yaxın Kapital Bank filialına yaxınlaşa bilərsiniz.

Ətraflı məlumat  üçün: //kbl.az/rkrk

Bütün bunlarla yanaşı 18 aprel-03 iyun 2024-cü il tarixlərində kreditlərini Kapital Bank-a gətirən müştərilər “50 gün 50 hədiyyə” lotereyasında iştirak etmək şansı da qazanırlar. Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — //kbl.az/prcrc.

Fuad Mədətov
Fins.az