Kanada İqtisadiyyatı Vaşinqton Forumu tədbirində çıxışı zamanı ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauel ötən il ABŞ iqtisadiyyatının göstəricilərinin “kifayət qədər güclü” olduğunu xatırladıb.
Fins.az xəbər verir ki, keçən il güclü böyümə, xərcləmə və məşğulluğu dəstəkləyən artan təklif və inflyasiyanın əhəmiyyətli dərəcədə azalması səbəbiylə 3%-dən çox artım əldə etdiklərini ifadə edən Pauell, "Son məlumatlar əməkdə möhkəm artım və davamlı güc olduğunu göstərir. Bu il inflyasiya hədəfimizə dönmə mövzusunda bir irəliləyiş əldə edilmədiyini göstərir" dedi.
Pauell əmək bazarının daha yaxşı tarazlığa doğru irəlilədiyinə diqqət çəkərək, işçilər və müəssisələr arasında aparılan sorğuların əmək bazarının normallaşdığını göstərdiyini ifadə etdi.
Günel Məlikzadə
Fins.az