BANK

15 Aprel

Azərbaycana maliyyə axını 24,8 milyard manat təşkil edib

Bu ilin I rübündə Azərbaycanda maliyyə axını 24,8 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,7 % çoxdur.

Fins.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, ötən rüb ümumi ödəniş daxilolmalarında ən yüksək paya malik iqtisadi fəaliyyət sahələri dövlət idarəetməsi və müdafiə (31,3 %), topdan və pərakəndə ticarət (14%) və tikinti (13 %) olub.

Son 1 ildə daxilolmalarda artıma ən yüksək töhfə verən iqtisadi fəaliyyət sahəsi isə dövlət idarəetməsi və müdafiə (882,1 milyon manat artım) və peşə, elmi və texniki fəaliyyət (471,8 milyon manat artım) olub.