San-Fransiskoda yerləşən “First Republic Bank” 62 filialının “JPMorgan Chase” bankına verilməsindən sonra mayın 24-də bağlanacaq.
AZƏRTAC “China.org” saytına istinadla xəbər verir ki, həftəsonu “First Republic Bank” müştərilərinin hesabları ABŞ-ın ən böyük bankı olan "JPMorgan Chase”ə keçiriləcək.
1985-ci ildə San-Fransiskoda fəaliyyətə başlayan “First Republic Bank” 2023-cü ildə iflasa uğrayıb. Ötən ilin sentyabr ayına qədər bankın 84 filialının 22-si bağlanılmışdı. Uğursuzluq onu 2008-ci ildə “Washington Mutual”dan sonra ABŞ tarixində iflasa uğrayan ən böyük ikinci banka çevirib