BANK

08 Aprel

Yelo kartları ilə ölkədaxili bütün kartlara pulsuz köçürmələr

Yelo Bank-dan gözlənilən yenilik! Artıq Yelo debet kartları ilə ölkədaxili istənilən bank kartlarına köçürmələr (C2C) komissiyasızdır! Yeniliyə əsasən komissiyasız pul köçürmələrinin şərtləri belədir:

  • Ay ərzində 3000 AZN ekv.-dək-0% komissiya,
  • Ay ərzində 3000 AZN ekv.-dən çox - 1% (min. 1 AZN/USD/EUR) komissiya

Xatırladaq ki, köçürmələr ilə yanaşı, Yelo kartları ilə Yelo Bank və Azərpoçt-a məxsus ATM-lərdən vəsait nağdlaşdırma da yuxarıda təyin olunmuş limit çərçivəsində komissiyasızdır. Digər müsbət xəbər isə ondan ibarətdir ki, Yelo Premium kartını artıq 5 illik şərtlərlə əldə etmək mümkündür.

Yelo kart indi həmişəkindən daha parlaqdır. Bu yaxınlarda Yelo kart üzrə yüksək cashback kateqoriyalarının sayı artıb. Artıq ay ərzində “Market”, “Geyim”, “Kafe Restoran”, “Elektronika mağazaları”, “YDM” və “Aptek” kateqoriyalarından istənilən 3-nü seçməklə yüksək faizdə (hər biri 5% olmaqla) cashback qazanmaq mümkündür. Həmçinin, bu kart üzrə hər ay kart qalığına illik 6%-dək gəlir və partnyor şəbəkəsi üzrə 30%-dək əlavə cashback qazanmaq olar. Minimal ilkin mədaxillə kartı pulsuz almaq da mümkündür. Siz də xərclədikcə qazanmaq üçün Yelo kart sifariş edə bilərsiniz: //bit.ly/49pPDwb

Kartdan karta pul kocurme və digər xidmətlər barədə əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!