İqtisadçıların fikrincə, Avropa Mərkəzi Bankı iyun ayından etibarən faiz dərəcələrini tədricən və sabit şəkildə azaldacaq.
Fins.az xəbər verir ki, analitikləri və iqtisadçılar arasında aparılan sorğuya əsasən demək olar ki, böyük əksəriyyət, orta hesabla hər rüb ECB-dən faiz endirimi gözləyirlər. İqtisadçılar hazırda rekord yüksək səviyyədə olan 4%-lik depozit faizinin 2025-ci ilin sonuna kimi 2.25%-əendirilcəyiniehtimal edirlər. Demək olar ki, bütün iqtisadçılar faiz endirimlərinin iyun ayından başlayacağı ilə razılaşırlar.
Lakin ECB sədrii Kristin Laqardın müəyyən bir yol xəritəsi təqdim etməməsi proqnozların dəyişməsinə səbəb olur. Analitiklərin fikrincə, ECB üzvlərinin iqtisadi məlumatlara baxışı açısından ortaq bir anlayış yoxdur.