BANK

06 Aprel

Ziraat Bank Azərbaycan seyf qutusu xidmətini göstərən filiallarının sayını artırıb

Qiymətli əşyaların və vacib sənədlərin təhlükəsizliyi üçün istifadə olunan əsas vasitələrdən biri seyf qutuları xidmətini, Ziraat Bank Azərbaycan artıq yeni açılmış filialında da müştərilərinə təqdim edir. Bayram günlərində bu xidmətin vacibliyi artmaqdadır. Müştərilər seyf qutuları xidmətindən istifadə edərək, qiymətli əşyalarını və sənədlərini qabaqcıl nəzarət sistemləri ilə təchiz edilmiş və 24/7 mühafizə edilən seyflərdə, tamamilə təhlükəsiz şəkildə saxlaya bilərlər.

Fins.az xəbər verir ki, seyf qutusu xidməti Ziraat Bank Azərbaycanın Müştəri Xidmətləri Departamenti və 2023-cü ilin dekabr ayının sonunda açılan yeni Babək filialında  müştərilərə təqdim edilir. Seyflərin icarə müddəti və ölçülərindən asılı olaraq, tariflər 25-50 AZN arası dəyişir. Bank seyflərini icarə müddəti isə 1 aydan 12 ayadəkdir. Bankın seyf qutuları xidməti ilə bağlı əlavə məlumat üçün, müştərilər Bankın rəsmi saytına keçid edə bilərlər: //ziraatbank.az/az/ferdi-seyf-qutulari   

 “Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 160 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.

Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın FacebookInstagramTwitterLinkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.