Türkiyədə kredit kartı əməliyyatlarında (nağd pul çıxarma və ya istifadə əməliyyatları istisna olmaqla) tətbiq olunacaq aylıq maksimum müqavilə faiz dərəcəsi 3,66 faizdən 4,25 faizə yüksəldilib.
Fins.az xəbər verir ki, Türkiyə Respublikası Mərkəz Bankı (TCMB) kredit kartının aylıq maksimum müqavilə faizinin hesablama üsulunda dəyişiklik etdi.
Sözügedən məzənnənin aylıq istinad dərəcəsinə 55 baza bəndi əvəzinə 114 baza bəndi əlavə edilməklə müəyyən edilməsi qərara alınıb.
Yeni üsula əsasən, hesablanmış aylıq maksimum müqavilə faiz dərəcəsi 3,66 faizdən 4,25 faizə yüksəlib.
Günel Məlikzadə
Fins.az