ABŞ-da açıqlanan məlumatlar, FED rəsmilərinin açıqlamaları və əmtəə qiymətlərindəki artımlar böyük mərkəzi bankların bu il faizləri azaltmağa tələsməyəcəkləri gözləntilərini dəstəkləsə də, birja indekslərində enişlər təsirli olur.
Fins.az xəbər verir ki, Asiya, Cənubi Koreya və Honq-Konq fond bazarları enişlərə liderlik edib. Çində Caixin Services PMI indeksinin mart ayında 52,7 ilə gözləntiləri aşması bazar üçün katalizator effekti yarada bilmədi. Çin fond bazarında itkilər davam edib. Bazarın zəlzələyə reaksiyası kifayət qədər məhdud idi. Tayvan Taiex İndeksi bir anda təxminən 1 faiz azalma qeydə aldıqdan sonra itkilərinin bir hissəsini bərpa etdi. Tayvan dolları ABŞ dolları qarşısında sabit qaldı.
Çərşənbə axşamı ABŞ-da açıqlanan JOLTS yeni iş elanları və zavod sifarişləri məlumatları gözləntiləri aşdı. FED-in faiz endirimlərinin təxirə salınacağına dair fikirlərini dəstəklədi. Məlumatlardan sonra SP 500 günü 0,7 faiz itki ilə başa vurub. Bu səhər ABŞ fyuçers indeksləri mənfi olmaqda davam edir. ABŞ istiqrazlarının gəlirləri az dəyişdi, Bloomberg Dollar İndeksi isə bir qədər aşağı düşdü.
Günel Məlikzadə
Fins.az