BOKT “Embafinans” QSC qeyri-ənənəvi kredit məhsulları təqdim edir. Faktorinq əməliyyatları buna misaldır.
Fins.az xəbər verir ki, faktorinq – hüquqi şəxsin və ya fərdi sahibkarın maliyyələşdirilməsi məqsədilə, onun debitor borclarının kredit təşkilatına (Faktora) güzəşt edilməsidir. Belə ki, bu əməliyyatın nəticəsində hüquqi şəxs və ya fərdi sahibkar müəyyən məbləğ faktorinq güzəşti etməklə öz debitor borclarını daha tez qaytara bilir və likvidliyini təmin edərək dövriyyə vəsaitinin davamlı axınlarına nail olmuş olur.
Faktor təşkilat isə faktorinq güzəştini əldə edərək hüquqi şəxs və ya fərdi sahibkarı maliyyələşdirmiş olur.
BOKT “Embafinans” QSC 2019-cu ildən başlayaraq faktorinq xidməti göstərir.
Son iki ildə təşkilat 35 mln. manata yaxın faktorinq əməliyyatı həyata keçirdib.
Fuad Mədətov
Fins.az