BANK

01 Aprel

Kənd yerlərinin kreditləşdirilməsi proqramı - “Aqrarkredit” QSC BOKT

“Aqrarkredit” QSC BOKT kənd yerlərinin kreditləşdirilməsi proqramını təklif edir.

Fins.az BOKT-un kredit şərtlərini təqdim edir.

Kredit şərtləri:

Kreditin məbləği: Biznes krediti: 1000 manatdan yuxarı, Mikrokredit: 10000 manatadək

Faiz dərəcəsi: 15 %-dən

Müddət: 12 - 60 ay

Əsas məqsəd:

Kənd yerlərində kredit xidməti göstərməklə onun sosial iqtisadi inkişafına nail olmaqdır.

Əhatə dairəsi:

Azərbaycan Respublikasının bütün regionlarında Bakı, Naxçıvan, Bərdə, Lənkəran, Salyan, Ucar, İmişli, Gəncə, Xaçmaz, Qazax, Şəki, Şamaxı filialları vasitəsi ilə. 

Kreditin istifadəçiləri:

- Hüquqi şəxslər

- Fərdi sahibkarlar (mikro, kiçik, orta və iri sahibkarlıq subyektləri)

- Ailə-kəndli təsərrüfatları

Kreditin təyinatı:

  • Bitkiçilik (taxılçılıq, pambıqçılıq, tütünçülük, kartofçuluq, tərəvəzçilik, yemçilik, üzümçülük, meyvəçilik, çayçılıq və s.);
  • Heyvandarlıq (maldarlıq, qoyunçuluq, quşçuluq, arıçılıq və s.);
  • Aqrar- emal sahələri (ət, süd, konserv, un məmulatları, tütün, pambıq, şərab, və s. emalı)
  • Tədarük  (Kənd təsərrüfatı məhsullarının istehsalı, emalı üçün tələb olunan xammal tədarükü)
  • Texnika və avadanlıq (Biznes məqsədləri daşınma və xidmət üçün texnika və avadanlıq, nəzərdə tutulan nəqliyyat vasitələrinin alışı)
  • Ticarət, xidmət, tikinti, turizm, loqistika və.s sahələr

Kredit məbləği:

  • Biznes kreditləri -  1 000  manatdan yuxarı,
  • Mikrokredit -  10 000 manatadək.

İllik faiz dərəcəsi:  

  • Kənd təsərrüfatı məhsul istehsalı, emal sahələri - 15%-dən
  • Ticarət, xidmət, tədarük və digər sahələrə - 17%-dən,
  • Mikrokreditlərə - 20%-dən

Kredit müddəti:

  • 36 ayadək
  • investisiya və çoxillik əkmələr üzrə - 60 ayadək

Güzəşt müddəti:

  • Fəaliyyət xarakterindən asılı olaraq – 3-18 ayadək,
  • Güzəşt müddətində yalnız faiz borcları ödənilir.

Kreditin təminatı:   

  • Biznes kreditlərinə - Daşınmaz və daşınar əmlak, o cümlədən torpaq sahəsinin, təsərrüfat obyektinin girovu və s.,
  • Mikrokreditlərə - zaminlik.

Komissiya: 1%-dək

Fuad Mədətov
Fins.az