BANK

01 Aprel

ECB rəsmisindən faiz açıqlaması

Avropa Mərkəzi Bankının İdarə Heyətinin üzvü və Yunanıstan Mərkəzi Bankının sədri Yannis Stournaras ilin sonuna qədər 25 bəndlik 4 faiz endiriminin ola biləcəyini bildirib.

Fins.az xəbər verir ki, o, 2024-cü ilin sonuna qədər ümumi faiz dərəcəsinin 100 baza bəndi endirilməsinin məqbul olacağını bildirib.

Bankın göyərçin üzvlərindən Stournaras qəzetə verdiyi müsahibədə “İnflyasiya proqnozlarımıza uyğun gəlsə,bu tendensiya ilin sonuna qədər davam edərsə, bu il faiz endirimlərinin olacağını düşünürəm. Hər biri 25 baza bəndi olmaqla 4 ixtisar ola bilər" dedi.

Bunun ümumi fikir olmadığını bildirən rəsmi, bəzi ECB rəsmilərinin daha ehtiyatlı olduqlarını və endirimlərin daha mülayim olmasını istədiklərini bildirib.

Günel Məlikzadə
Fins.az