BANK

29 Mart

Təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların həcmi 2,5 milyard dollar olub

2023-cü ildə Azərbaycanın təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların həcmi 2,5 milyard dollar olub.

Fins.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın Statistika Departamentinin direktoru Samir Nəsirov media brifinqində deyib.

Onun sözlərinə görə, daxilolmalar 1,8 milyard dollar, ödənişlər isə 0,7 milyard dollar olub:

"Təkrar gəlirlər balansında təqribən 93,4 faiz xaricdən fiziki şəxslərin pul köçürmələrinin, 5,7 faiz ölkəyə gətirilən humanitar malların, 0,9 faiz isə digər daxilolmaların payına düşüb".

S.Nəsirov bildirib ki, Azərbaycanda pul köçürmələri ötən ilin analoji dövrü ilə müqayisədə 54,3 faiz azalaraq 1,7 milyard dollara düşüb:

"Hesabat dövrüdə Azərbaycandan pul köçürmələri 17,2 faiz azalaraq 0,6 milyard dollara düşüb".

Qeyd edək ki, bütünlükdə təkrar gəlirlər üzrə əməliyyatların saldosu müsbət qalaraq 1,1 milyard dollar olub.

Fuad Mədətov
Fins.az