2023-cü ildə Azərbaycanın tədiyyə balansının ümumi profisiti 5 milyard 356,4 milyon ABŞ dolları təşkil edib.
Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 42,9 % azdır.
Ümumi qalıq ölkənin cari əməliyyatlar balansındakı 8 milyard 329,4 milyon dollarlıq profisit (1 il əvvələ nisbətən 2,8 dəfə az), kapital hesabındakı 9,6 milyon dollarlıq kəsir (1 il bundan əvvəl olmayıb), maliyyə hesabındakı 4 milyard 284 milyon dollarlıq kəsir (2,9 dəfə az), balanslaşdırıcı maddələr üzrə 1 milyard 320,6 milyon dollarlıq qalıb (1 il bundan əvvəl kəsir olub) hesabına formalaşıb.
Fuad Mədətov
Fins.az