2023-cü ildə Azərbaycanda “4G+” mobil şəbəkə infrastrukturu əhalinin 94 %-ni əhatə edib.
Fins.az xəbər verir ki, bu barədə Dünya Bankının hesabatında bildirilib.
Hesabata əsasən, ötən il Azərbaycanda mobil genişzolaqlı internetin qiymətinin (aylıq 2 giqabayt olmaqla) adambaşına düşən aylıq ümumi daxili məhsuldakı (ÜDM) payı 1,3 %, sabit genişzolaqlı internetin qiyməti isə (aylıq 5 giqabayt olmaqla) adambaşına düşən aylıq ÜDM-nin 1,8 %-ni təşkil edib.
2023-cü ildə Azərbaycanda median mobil yükləmə sürəti 37,4 meqabit/saniyə, median sabit genişzolaqlı yükləmə sürəti isə 28 meqabit/saniyə olub.
Ötən il ölkə ərazisində hər 1 milyon adama 0,6 qoşulmuş məlumat mərkəzləri fəaliyyət göstərib.
“Telekommunikasiya şəbəkələrinə qlobal investisiyanın məbləği 2021-ci ildə 344 milyard ABŞ dollarına çatıb ki, bu da, 2020-ci illə müqayisədə 9,9 % çoxdur. Təkcə 2020-ci ildə Avropa və Mərkəzi Asiya regionunda telekommunikasiya sektoruna 87,64 milyard ABŞ dolları məbləğində investisiya yatırılıb ki, bu, bu sektora qoyulan investisiyaların 28 %-ni təşkil edib”, - hesabatda bildirilib.