BANK

21 Mart

Əhalinin bank əmanətləri 13 milyard manat keçdi

Mərkəzi Bankın məlumatına görə, əhalinin banklardakı əmanətlərinin məbləği ötən il 10 faiz artaraq 2024-cü il fevral ayının 1-nə milli valyuta ekvivalentində 13 milyard 116  milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsinin bu barədə məlumatında əmanətlərin 65 faizinin milli, 35 faizinin isə xarici valyutada qoyulduğu bildirilib.  Milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,9 faiz artıb, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 0,9 faiz azalıb.