Çin yeddinci ayda ortamüddətli kredit faizini dəyişməyib.
Fins.az rəsmi açıqlamaya istinadən xəbər verir ki, Çin Xalq Bankı cümə günü ödəmə müddəti başa çatan orta müddətli kreditlər üzrə əsas kredit faiz dərəcəsini yeddinci ay ərzində dəyişməz saxladı.
Çin Xalq Bankı 387 milyard yuandan (54,2 milyard ABŞ dolları) çox olan bir illik orta müddətli kreditləşdirmə (MLF) kreditləri üzrə faiz dərəcəsini 2,50 faiz səviyyəsində saxlayıb, bu faiz avqustun ortalarından etibarən qüvvədədir.
Günel Məlikzadə
Fins.az