BANK

13 Mart

Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri AÇIQLANIB

Azərbaycan Mərkəzi Bankı tərəfindən 2023-cü ilin IV rübü üzrə bank sektorunun kreditləşmə fəaliyyətinə dair sorğu nəticələri açıqlanıb.

AMB-dən Fins.az-a verilən məlkumata görə, sorğu biznes, istehlak və ipoteka kreditləşməsinə dair tələb və təklif amillərinin qiymətləndirilməsi, o cümlədən, bankların risklərinin müəyyən edilməsi və qiymətləndirilməsini əhatə edir.

Sorğu nəticələrinə əsasən 2023-cü ilin IV rübündə biznes və istehlak portfelləri üzrə bankların kreditləşmə siyasətinin yumşalması və kreditlər üzrə tələbin artması davam edib. Sorğuya əsasən banklar 2024-cü ilin I rübündə də hər 3 portfel üzrə standartların yumşalacağı və tələbin artacağı qənaətindədirlər. Sektorun kredit siyasətindəki dəyişikliklər Mərkəzi Bank tərəfindən daim diqqət mərkəzində saxlanılır və müvafiq prudensial siyasət müəyyən edilir.

2023-cü ilin IV rübü üzrə Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri ilə aşağıdakı linkdən tanış olmaq olar:

Fuad Mədətov
Fins.az