BANK

12 Mart

Cari əməliyyatlarda 2,56 milyard dollar kəsir - TÜRKİYƏ

Türkiyənin cari əməliyyatlar açığının keçən ilin əvvəli ilə müqayisədə daralması, yeni iqtisadi siyasətlər işığında tədiyyə balansında yaxşılaşmanın davam etdiyini göstərir.

Fins.az xəbər verir ki, cari əməliyyatlar balansı yanvar ayında 2,56 milyard dollar kəsir verdi. Bloomberg-in sorğusuna qatılan iqtisadçıların gözləntiləri kəsirin 2,91 milyard dollar olacağı idi.

2023-cü ilin yanvarda isə cari hesab kəsiri 10,4 milyard dollar olub.

Aylıq ödəniş balansının keçən ilin eyni dövrü ilə müqayisədə yaxşılaşması ilə illik hesablanmış cari hesab kəsiri 45,4 milyard dollardan 37,5 milyard dollara enmişdir.

Qızıl və enerji istisna olmaqla cari əməliyyatlar hesabı yanvarda 3,6 milyard dollarlıq müsbət saldo verib.

Tədiyyə balansı müəyyən edilmiş xarici ticarət kəsiri 4,4 milyard dollara düşüb. Xidmətlər balansından xalis daxilolmalar 2,7 milyard dollar olaraq qeydə alınıb. Yanvarda xidmətlər balansında səyahət maddəsi üzrə gəlirlər 2,2 milyard dollar təşkil edib.

Günel Məlikzadə
Fins.az