BANK

08 Mart

AMB faiz dərəcəsini 4.5% səviyyəsində saxladı

Avropa Mərkəzi Bankının (AMB) bəyanatına əsasən, cümə axşamı keçirilən toplantıda tənzimləyici qurum uçot faiz dərəcəsini tarixi maksimum olan 4.5% səviyyəsində saxlayıb.

Fins.az xəbər verir ki, Mərkəzi bankın qərarı analitiklərin proqnozu ilə üst-üstə düşüb.

Bəyanətdə qeyd olunur ki, əsas yenidən maliyyələşdirmə əməliyyatları üzrə faiz dərəcəsi, o cümlədən marja kreditləşməsi və depozit xətti üzrə faiz dərəcələri dəyişməyərək müvafiq olaraq 4.5%, 4.75% və 4% səviyyəsində qalacaq.

Həmçinin AMB bir daha qeyd etdi ki, faiz dərəcələri elə səviyyədədir ki, ona riayət etmək uzun müddət ərzində inflyasiyanın hədəf səviyyəyə qədər azalmasına gətirib çıxaracaq. Gələcəkdə tənzimləyici qurum uçot dərəcəsinin məhdudlaşdırıcı səviyyədə qalmasına lazım olduğu qədər riayət edəcək.

PEPP proqramına gəldikdə, Rəhbərlər Şurası ilin birinci yarısında proqram çərçivəsində alınmış qiymətli kağızların əsas bölgüsünü tam şəkildə yenidən investisiya etməyi davam etdirmək niyyətindədir. Və ilin ikinci yarısında o, portfeli 7.5 milyard avro azaltmaq istəyir. Proqramın bu ilin sonunda başa çatması planlaşdırılır.