TCMB sərt pul-kredit siyasətini dəstəkləmək üçün gördüyü əlavə tədbirləri açıqlayıb.
Fins.az xəbər verir ki, TCMB-dən verilən açıqlamada avtomobil kreditləri istisna olmaqla, kredit limitinin azaldıldığı bildirilib. Açıqlamaya görə; Kredit artımına əsaslanan qiymətli kağızlar imkanı çərçivəsində TL kommersiya kreditləri üçün aylıq artım limitinin 2.5%-dən 2%-ə, istehlak kreditləri üçün aylıq artım limitinin 3%-dən 2%-ə endirilməsi qərara alınıb. Avtomobil kreditləri üçün 2% limiti isə dəyişdirilməyib.
Açıqlamada bildirilib ki, kredit artımı limitlərinin effektivliyini artırmaq məqsədilə təminat yaradılması ilə yanaşı, kredit artımına əsaslanan məcburi ehtiyat tətbiqi də davam etdiriləcək: “Bundan başqa, pul-kredit siyasətinin gücləndirilməsi istiqamətində əlavə tədbirlər üzərində iş aparılır. Bundan əlavə, ixrac, investisiya, kənd təsərrüfatı və biznes kreditləri ilə dövlət qurumlarına və zəlzələ zonalarına verilən kreditlərin də bu məhdudiyyətdən azad ediləcəyi bildirilib.