BANK

07 Mart

Taleh Kazımov Dünya Bankı ilə 2025-2028-ci illər üçün olan yeni tərəfdaşlıq çərçivəni müzakirə etdi

Azərbaycan Mərkəzi Bankı (AMB) Dünya Bankı ilə yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin (2025-2028-ci illəri əhatə edən) əsas istiqamətlərini müzakirə edib

Fins.az xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkə hesabında bildirib.

"Mərkəzi Bankda Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti xanım Antonella Bassaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdük. Görüşdə Dünya Bankı ilə əməkdaşlığın cari vəziyyəti, həyata keçirilən layihələr və AMB ilə Dünya Bankının birgə həyata keçirdiyi texniki yardımların cari statusunu nəzərdən keçirdik", - T. Kazımov qeyd edib.

Fuad Mədətov
Fins.az