BANK

07 Mart

AccessBank 4 nominasiya üzrə qalib oldu!  

Sizin yerli Avropa bankınız - AccessBank, növbəti dəfə Azərbaycanın bank sektorunda əhəmiyyətini təsdiqləyərək, “Bankçılıq Mükafatları – 2023” tədbirinin nəticələrinə görə, 4 nominasiyası üzrə qalib oldu.

Fəaliyyət dövrü ərzində AccessBank, müştərilərə keyfiyyətli maliyyə xidmətləri göstərməklə yanaşı, korporativ sosial məsuliyyət (KSO) tədbirlərinə də daim önəm verib. Bunun nəticəsi olaraq, Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən mükafatlandırmada AccessBank aşağıda qeyd olunan nominasiyasalar  üzrə qalib oldu:

  • Korporativ sosial məsuliyyət
  • Maliyyə savadlığı dəstəkçisi
  • Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü
  • Özünüməşğulluq Proqramında iştirak

AccessBank-ın qazandığı mükafatlar əzmli komanda işinin nəticəsidir.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 18-i bölgələrdə olmaqla, 32 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir.

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə  (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  

*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.