Sahibkar Azər Lütvəliyev turizm sahəsi üzrə güzəştli kreditdən yararlanmış biznes təmsilçilərindən biridir. Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib. "Sahibkarlığın İnkişafı Fondundan 200 min manat güzəştli kredit əldə edən sahibkar Qəbələdə turizmin inkişafı layihəsini həyata keçirəcək", - nazir əlavə edib.