BANK

06 Mart

Bank Respublika 6 nominasiya üzrə mükafat qazandı

“Bank Respublika”nın 2023-cü ildə həyata keçirdiyi 6 layihə mükafata layiq görülüb.

Fins.az xəbər verir ki, Bank Respublika 2023-cü il ərzində həyata keçirdiyi uğurlu layihələrə görə Azərbaycan Banklar Assosiasiyası tərəfindən 6 nominasiyada qalib edilib. 

Qeyd edək ki, hər il keçirilən müsabiqədə, ölkə banklarının il ərzində həyata keçirdiyi layihələr Assosiasiyanın ekspertləri tərəfindən qiymətləndirilir.

2023-cü ildə “Bank Respublika” həyata keçirdiyi bütün layihələr ekspertlər tərəfindən yüksək qiymətləndirilərək 6 nominasiya üzrə qalib seçilərək mükafata layiq görülüb:

  • Korporativ sosial məsuliyyət layihələri həyata keçirən ən fəal bank;
  • Ən fəal maliyyə savadlılığı dəstəkçisi;
  • Ən fəal təhsil dəstəkçisi;
  • Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ən fəal bank.
  • Rəqəmsal ödənişlərdə təhlükəsizliyə dair maarifləndirmə layihələri;
  • “Özünüməşğulluq proqramında iştirak

Daha ətraflı məlumatı bankın rəsmi saytında eləcə də facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Fuad Mədətov
Fins.az