BANK

01 Mart

Azərbaycanda bank müştәrilәrinin cari hesablarından kağız daşıyıcılarının sayı və dəyəri artıb

2023-cü ildə Azərbaycanda bank müştәrilәrinin cari hesablarından kağız daşıyıcılar və rəqəmsal bankçılıq vasitəsilə aparılan köçürmәlәrin ümumi sayı 363,6 milyon әdәd, dəyəri isə 379,3 milyard manat tәşkil edib.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının illik “Rəqəmsal Ödənişlər İcmalı”nda bildirilir.

Məlumata görə, bu, 2022-ci illə müqayisədə müvafiq olaraq 94 % və 19,1 % çoxdur.

Hesabat dövründə aparılan köçürmәlәrin say üzrә 85,9 %-i və yaxud 312,2 milyon әdәdi, dəyər üzrә isә 79,6 %-i və yaxud 301,8 milyard manatı mәhz rәqәmsal bankçılıq vasitәsilә reallaşdırılıb ki, bunlar da 1 il əvvələ nisbətən müvafiq olaraq 2,3 dəfə və 23,7 % çoxdur.

Ötən il internet bankçılıq xidmәtlәri vasitәsilә aparılan müştәri köçürmәlәrinin dəyəri isə əvvəlki illə müqayisədə 12 % artaraq 227,7 milyard manat, mobil bankçılıq xidmәtlәri vasitәsilә aparılan müştәri köçürmәlәrinin dəyəri isə 2 dəfə artaraq 46,2 milyard manat olub.

Fuad Mədətov
Fins.az