BANK

29 Fevral

Azərbaycanda "GooglePay” ilə 1 milyarda manata yaxın ödəniş həyata keçirilib

2023-cü ildə Azərbaycanda “GooglePay” ödәniş hәlli vasitәsilә 813,2 milyon manatlıq ödəniş həyata keçirilib.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının illik “Rəqəmsal Ödənişlər İcmalı”nda bildirilir.

Məlumata görə, bu, 2022-ci illə müqayisədə 9,5 dəfə çoxdur.

Hesabat dövründə “GooglePay” ödәniş hәlli vasitәsilә ödənişlərin sayı isə 9,9 dəfə artaraq 39,6 milyon ədədə çatıb.

Fuad Mədətov
Fins.az